Türkiyənin Antalya şəhərindəki liseydə Qurani-Kərimi təpikləyən üç şagird formal təhsildən kənarlaşdırılıb. Bu barədə iyunun 9-da Konkret.az xəbər paylaşıb.

Sözügedən məktəblilər təhsilini yalnız qiyabi şəkildə davam etdirə biləcəklər. Həmçinin Qurana hörmətsizlik edən məktəblinin üzrxahlıq videosu yayılıb.

İyunun 7-də 11-ci sinif şagirləri müqəddəs Quran kitabını top əvəzi təpikləyib və bunu videoya çəkiblər.