Peyğəmbər (s) Məscidi üzrə Agentlik Həcc mövsümünə hazırlıq çərçivəsində 155 mindən çox Qurani-Kərimi yeniləri ilə əvəz edib. Bu barədə iyunun 9-da Shiawaves məlumat yayıb.
Qurani-Kərimin 9 357 nüsxəsi isə 52 dildə tərcüməsi ilə dəyişdirilib.
Mədinədə yerləşən bu məscidin kitabxanasında Qurandan əlavə 21 dildə 180 min kitab mövcuddur. Bununla yanaşı, məscid rəqəmsal kitabxana ilə təchiz olunmuş kompüterlər də təqdim edir.