“Halal in Travel Awards 2022” Qlobal Sammiti müsəlmanlar üçün Avropanın ən yaxşı turistik ölkəsi olaraq İspaniyanı seçib. Bu haqda iyunun 10-da İslamnews məlumat yayıb.
Bildirilib ki, İspaniyada müsəlmanlara göstərilən xidmətlərin sayı artmaqda davam edir. Burada bir çox hotel, restoran və müəssisə müsəlman turistlərin ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılıb.
Bəzi məhsul və xidmətlər Halal İnstitutu tərəfindən Halal sertifikatına malikdir. İspaniya, həmçinin çoxlu sayda məscidləri və zəngin İslam irsi ilə tanınır.
Məlumata görə, ölkənin Kordova və Qranada kimi şəhərlərində Ramazan bayramı ərəfəsində çoxlu sayda tədbirlər təşkil edilir.