Hollandiyalı siyasətçi Girt Vilders Peyğəmbəri (s) təhqir edən Hindistanın Bharatiya Janata Partiyasının keçmiş sözçüsü Nupur Sharmanı dəstəklədiyini və ona qarşı çıxan ölkələri qınadığını bildirib. Bu barədə siyasətçi iyunun 8-də Twitter-də paylaşım edib.
Müsəlmanlara qarşı açıq düşmənçiliyi ilə tanınan hollandiyalı siyasətçi Peyğəmbəri (s) qınayanları dəstəklədiyini söyləyib və onları qorxmadan İslamı təhqir etməyə çağırıb. O, həmçinin Hindistan dövlətini Nupur Sharmanı dəstəkləməyə səsləyib.
Girt Vilders öz “Twitter” hesabında müsəlman ölkələrinə hücum edərək onları ikiüzlü adlandırıb. Siyasətçi müqəddəs Peyğəmbərin (s) ideologiyasını təhqiredici adlandıraraq Şarmanı qəhrəman hesab etdiyini söyləyib.
“İslam ölkələrində demokratiya, qanunun aliliyi və azadlıq yoxdur. Onlar azlıqları təqib edir və insan hüquqlarına hörmət etmirlər, onları tənqid etmək lazımdır”, – deyə Vilders vurğulayıb.
Daha öncə Nupur Şarma Məhəmməd Peyğəmbərə (s) qarşı təhqiredici ifadələr işlədib. Bu, Hindistanın bir sıra müsəlman ölkələrindəki səfirlərinə etiraz notası verilməsi ilə nəticələnib. Bundan sonra Nupur Şarma öz paylaşımını silib və partiyadan uzaqlaşdırılıb.