Hindistanın Kerala əyalətindən olan cütlük az təminatlı insanlara yardım etmək üçün Həcc ziyatindən imtina ediblər. Bu barədə iyunun 9-da İslamnews məlumat yayıb.
Belə ki, cütlük Həccə getmək üçün torpaqlarını satıblar. Lakin cütlük son anda fikirlərini dəyişib. Onlar evsiz ailələrərə kömək etmək qərarına gəliblər.
“Mülkümüzü satıb bu vəsaiti Məkkə və Mədinəyə həcc turu almaq üçün istifadə etməyi planlaşdırdıq. Amma son bir neçə ayda tanıdığımız evsiz ailələrin hansı çətinliklərlə üzləşdiyinin şahidi olduq”, – deyə cütlük bildirib.
Qeyd edək ki, daha öncə də Şri-Lanka müsəlmanları Həccə getməkdən imtina ediblər. Buna ölkədəki ağır iqtisadi vəziyyət səbəb olub.