İslami elmlərdə nəzər sahibi olan alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani 1786-cı Şirvanda dünyaya gəlmişdir.
İlk təhsilini burada aldıqdan sonra təhsilini Nəcəfi-Əşrəfə davam etdirir. Bu şəhərdə məşhur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən (“Cəvahirul-kəlam” kitabının müəllifi) təhsil alır və burada ictihad dərəcəsinə çatır.
Alimin əsərlərindən iki cilddə yazılmış “Мəbaniül-fiqh” kitabı mövcuddur.
Şeyx İbrahim Şirvani 1854-cü ildə Nəcəfdə dünyasını dəyişib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.