İyunun 9-da İçərişəhərdə yerləşən Seyid Yəhya Bakuvinin türbəsinə giriş üçün ödəniş tələb olunur. Bu barədə Oxu.az xəbər verib.

Türbə Şirvanşahlar saray kompleksində yerləşir. Saraya giriş ödənişli olsa da, onun cənub həyətinin cənub hissəsindəki bu türbəyə giriş həmişə pulsuz olub. Lakin son günlər orada da ödənişin tələb olunması haqda məlumat yayılıb.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət olunub. Lakin idarədən heç bir cavab verilməyib.

Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulub. Onun tam adı Seyid Cəmaləddin Yəhya ibn Seyid Bəhaəddin Şamaxi Bakuvidir. Şeyx ömrünün qırx ildən çoxunu Bakıda keçirib.

Seyid Yəhya Bakuvi türbəsi dünya əhəmiyyətli abidə hesab edilir.