İspaniyanın İraqdakı yeni səfiri Pedro Martinez İmam Əlinin (ə.s) hərəmini ziyarət edib. Bu barədə iyunun 8-də hərəmin mətbuat xidməti məlumat verib.
Səfirə ziyarətgahda tarixi və arxeoloji abidələr haqda məlumat verilib. O da öz nöbəsində ziyarətdən heyran qaldığını və hərəm rəsmilərinin qonaqpərvərliyindən məmnun olduğunu bildirib.