Böyük Britaniyada “Cənnət Xanımı” adlı filmin nümayişinin dayandırılması tələb edilir. Bu barədə iyunun 9-da shiawaves xəbər verib.

Məlumatda deyilir ki, sözügedən film İslam məzhəbləri arasındakı münasibətlərə xoşagəlməz təsir göstərir. Lakin Britaniya Lordlar palatasının üzvü bu qərarı kino sənəti və söz azadlığı üçün təhlükə hesab edir.

Filmin prodüseri Malek Şlebak “Guardian” qazetinə verdiyi müsahibəsində filmin geri alınması tələbinin gülünc və Britaniya dəyərlərinə zidd olduğunu qeyd edib.

“Cənnət xanımı” adlı filmin təqdimatı 10 dekabr 2021-ci ildə ABŞ-ın Nyu-York şəhərində baş tutub. Sonralar təqdimat Vaşinqtonda da keçirilib. Filmdə İslam tarixində Xanım Zəhraya (s.ə) edilən zülmlərin müasir dövrdə əksi olaraq İŞİD-in törətdiyi vəhşiliklər göstərilib. Şiə alimlərinin arasında sözügedən filmin nümayişinə qadağalar tətbiq olunub. Safi Gulpəyqani, Məkarim Şirazi, Nuri Həmədani və Cəfər Sübhani kimi İslamın böyük alimləri bu filmi izləməyin haram olduğunu deyib. Fəqihlər hesab edir ki, bu film müsəlmanlar arasındakı vəhdəti pozur.