İyunun 8-də Gürcüstanda səfərdə olan Azərbaycanın nümayəndə heyəti Marneuli şəhərinin İmam Əli (ə.s) məscidində olublar. Bu barədə az.shafaqna.com xəbər verib.

Məlumata görə, heyətdə DQDİK rəsmiləri, İlahiyyat İnstitutunun və digər dövlət qurumlarının rəsmiləri daxildilər. Qonaqlar Gürcüstan Müsəlmanları İdarəsinin sədri Mirtağı Əsədov və İmam Əli (ə.s) məscidinin axundu Hacı Hacıyev tərəfindən qarşılanıblar.

İki ölkənin din xadimləri və dövlət rəsmilərinin görüşündə ölkələrarası əlaqələr və Marneulidə inanclı şəxslərin planlarının inkişafı barədə müzakirələr aparılıb.

Bundan öncə, iyunun 7-də Azərbaycandan gələn nümayəndə heyəti Tbilisinin Cümə məscidini ziyarət ediblər.