İyunun 8-də azərbaycanlı ruhani Hacı Adil Əhmədov İranın Simnan şəhərinin yaxınlığında avtomobil qəzasına düşüb. Hacı Adil daxil olmaqla üç nəfər yaralanıb. Bu barədə iyunun 9-da Maide.az xəbər verib.
Bildirilib ki, hadisə din xadiminin Məşhəd ziyarətindən qayıtdığı zaman baş verib. Belə ki, avtomobilin sürücüsü Məşhəd-Tehran magistral yolunda idarəetməni itirib. Nəticədə Hacı Adil və daha iki nəfər xəstəxanaya yerləşdirilib.
Ruhaninin ailəsinin verdiyi məlumata əsasən, onun vəziyyəti orta ağır qiymətləndirilir.