Küveytdəki Ardiya Kooperativ Cəmiyyəti Hindistanda hakim partiya sözçüsünün Məhəmməd Peyğəmbərə (s) ünvanladığı təhqiramiz ifadələrdən sonra mağazalarından Hindistan məhsullarını yığışdırır. Bu barədə shiawaves xəbər verib.

“Biz Hindistan məhsullarını boykot etdik. Biz Küveyt və müsəlman xalqı olaraq bu təhqirləri qəbul etmirik”,- deyə Ardiya Kooperativ Cəmiyyəti bildirib.