Bu gün, iyunun 8-də Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan məscidlərində yoxlamaların aparılmasını təklif edib. Belə ki, radikal dini qruplaşmalara, o cümələdən İŞİD-ə dəstək olan şəxslərin siyahısı tutulmalıdır. Bu barədə bakupost.az xəbər verib.

Millət vəkili əvvəllər də belə monitorinqlərin aparıdığını diqqətə çatdırıb. Lakin hazırda prosesə nəzarət daha da gücləndirilməlidir. Ceyhun Məmmədov qeyd edib ki, kəndlərdə və qəsəbələrdə sözügedən şəxslərin siyahısı hazırlanmalıdır. “Bu şəxslərin sayının artıb-artmadığı ilə bağlı təhlillər aparılmalıdır”, – deyə deputat əlavə edib.

Bundan öncə, iyunun 4-də Qusar rayonu sakini Abdullah Mustafayev şiələrə qarşı edilən təhdidlərə görə saxlanılıb. Belə ki, o, şiələrin malının, canının və namusunun müsəlmanlara halal olduğunu deyib. Nəticədə Mustafayev polis tərəfindən saxlanılıb və hazırda onun barəsində araşdırma aparılır.