Kanadada islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə vəzifəsi yaradılıb. Bu barədə iyunun 8-i Report xəbər verib.

Ölkənin Mənzil, Müxtəliflik və İnklüzivlik Departamenti sözügedən vəzifəyə namizədləri işə götürməyə başladığını bildirib.

Kanadanın ailə, uşaq və sosial inkişaf naziri Əhməd Hüseyn bildirib ki, xüsusi nümayəndə ölkədə islamofobiyanı aradan qaldırmaq üçün yorulmadan çalışacaq peşəkar ekspert və hökumət müşaviri olacaq.

Qeyd edək ki, islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə vəzifəsi yaradılması haqda elan dini zəmində törədilmiş müsəlman ailəsinin qətlinin ildönümünə təsadüf edir.