İraq Parlamentindəki Vəqflər və Qəbilə Komitəsi Peyğəmbərə qarşı (s) təhqiramiz ifadələrə görə Hindistan səfirinə etiraz notası verilməsini tələb edir. Bu barədə Shiawaves xəbər verib.

Komitə Hindistanın Bharatiya Janata Partiyasının sözçüsünün Məhəmməd Peyğəmbəri (s) təhqir etməsini kəskin pislədiyini bildirib.