Hindistan hakimiyyəti Məhəmməd Peyğəmbərə (s) qarşı təhqiramiz ifadələrə görə rəsmi üzr istəməkdən imtina edib. Bu barədə Shiawaves xəbər verib.
Səbəb olaraq bildirilir ki, təhqiramiz tvitlər və bəyanatlar heç bir şəkildə hökumətin fikrini əks etdirmir.
Qeyd edək ki, Hindistanın Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Sharma Twitter hesabında Məhəmməd Peyğəmbəri (s) təhqir edən paylaşım edib. Bu paylaşım Hindistanın bir sıra müsəlman ölkələrindəki səfirlərinə etiraz notası verilməsi ilə nəticələnib.