Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin 30%-ini qadınlar təşkil edir. Bu barədə iyunun 8-də QMİ-yə istinadən Modern.az xəbər verib.
Qurumun rəsmisi Vüsal Cahangiri qeyd edib ki, zəvvarların ən cavanının 22 yaşı, ən yaşlısının isə 64 yaşı var.
Həccə ilk gediş iyunun 29-da baş tutacaq. Azərbaycandan 680 nəfər olmaqla 16 qrup yola düşəcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ziyarətə yalnız yaşı 65-dən aşağı olan zəvvarları qəbul edir.