Azərbaycanda Həcc ziyarəti üçün 6 milyondan çox pul xərclənib. Bu rəqəm ziyarət üçün ayrılan kvota və minimal səfər qiyməti ilə müəyyən olunub.

Belə ki, bu il Azərbaycan üçün 680 nəfərlik Həcc kvotası müəyyən edilib. QMİ-nin verdiyi məlumata əsasən, həmin yerlər artıq dolub. Bir nəfər üçün gediş qiyməti 9106 AZN-dən başlayır. Bu isə o deməkdir ki, ölkədə Həcc üçün minimal olaraq 6 192 080 AZN pul xərclənib.

Azərbaycanlı zəvvarların Həccə ilk səfəri iyunun 29-na planlaşdırılır. Ziyarətə gedənlərin 30%-ini qadınlar təşkil edir. Zəvvarların ən cavanının 22 yaşı, ən yaşlısının isə 64 yaşı var.