Ayətullah Şeyx Abdullah Qafqazi müasir İslam alimlərindən biri idi.

O, gənc yaşlarında kommunistlərin zülmündən qurtarmaq üçün İranın Ərdəbil şəhərinə köçür. İslam elmlərinə olan məhəbbəti onu bu elmləri öyrənməyə sövq edir.

Ayətullah ilk təhsilini Ərdəbilin din xadimlərindən öyrənir. Bundan sonra o, elmini artırmaq məqsədi ilə Quma köçür. İslam elmlərinə yiyələndikdən sonra Ayətullah Seyyid Məhəmməd Höccəti və Ayətullah Burucerdinin üsul və fiqh xaric dərslərində iştirak edir.

Ayətullah bir müddət sonra orta və ali səviyyədə İslam elmlərini tədris etməyə başlayır.

Hazırda alimin əsərləri Qum elmi ocağında saxlanılır.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.