Məscid Sabirabad rayonunun Ulucalı kəndinin ərazisində yerləşir.

İbadət evi düzbucaqlı formadadır. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb. Məscidin qapı və pəncərələri tağvari formadadır, taxtadandır və şəbəkəlidir. İbadət zalının iki giriş qapısı və doqquz pəncərəsi var. Giriş hissəsini yağışdan qorumaq üçün 11 dəmir dirək üzərində dam artırılıb.

Məscidin damında dəmirdən günbəz yerləşir və onun üstündə aypara rəmzi quraşdırılıb. İbadətgahın damının sağ və sol tərəfində kərpicdən qoşa minarə ucaldılıb.