Nəcəfdə İmam Əli (ə.s) hərəmində yeni məscidin inşasına başlanılıb. Bu barədə iyunun 6-da hərəmin mətbuat xidməti məlumat verib.
Layihəyə əsasən, inşa olunacaq məscid İmam Zeynalabidinin (ə.s) adını daşıyacaq. İbadətgahın isə 1000 kvadratmetr ərazini əhatə etməsi nəzərdə tutulub.
Mühəndis Mustafa Fəllahın sözlərinə görə, hazırda tikinti işləri sürətlə davam etdirilir. Binanın günbəzi artıq quraşdırılıb və onun hərəmin əsas günbəzi ilə üzbəüz yerləşdiyi bildirilib.
Bundan öncə, fevral ayında İmam Əli (ə.s) hərəmində Xanım Zəhranın (s.ə) adına yeni məscid inşa edilib. Xanımın adına olan bu hissə dörd mərtəbədən və bir neçə eyvandan ibarətdir. Hərəm rəhbərliyinin sözlərinə görə, sözügedən layihə bugünədək burada görülən 180 yenidənqurma işlərinin ən irimiqyaslısıdır.