İyunun 6-da Banqladeş zəvvarları Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə çatıblar. Bu barədə shiawaves xəbər verib.

Məlumata görə, zəvvarlar Ciddə və Mədinə hava limanlarına eniş ediblər. Daha sonra onlar Peyğəmbər (s) məscidinə baş çəkiblər.

İyunun 4-də isə karantindən sonra Səudiyyə Ərəbistanına ilk Həcc zəvvarları gəliblər. Bunlar 358 nəfərdən ibarət indoneziyalı ziyarətçilərdir. Məlumata görə, zəvvarlar hava limanının çıxışında gül dəstələri və xurma ilə qarşılanıblar.