Yaxın günlərdə Azərbaycanda Həcc ziyarəti zəvvarlarına səfər vizalarının verilməsinə başlanılacaq. Bu barədə iyulun 7-də QMİ rəsmisi Vüsal Cahangirinin sözlərinə istinadən Report xəbər verib.
Zəvvarların siyahıya alınması prosesi artıq başlayıb. Məlumata görə, Azərbaycandan Məkkəyə 16 qrup yola düşəcək. Hər qrupda isə təqribən 45 nəfər olacaq.
Səfər üçün 4 təyyarənin ayrılacağı bildirilib. İlk gediş iyunun 29-da baş tutacaq. Növbəti səfərlər isə 30 iyun, 1 və 2 iyul tarixlərində planlaşdırılır.
Qeyd edək ki, bu il Azərbaycandan 680 nəfər Həccə səfər edə biləcək. Ziyarətin qiyməti 9106 manatdan başlayır. Sənəd qəbulu artıq başa çatıb və ayrılan kvota dolub. Bundan əlavə, ziyarətə yalnız 18-65 yaş arası insanlar yollana bilər.