Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə Türkiyəyə səfərə yola düşür. Bu barədə iyunun 7-si Report xəbər verib.
Vəqfin təşkilatçılığı ilə 7-9 iyunda İstanbul şəhərində baş tutacaq XXV Avrasiya İqtisadi Zirvə toplantısında Şeyxülislam çıxış edəcək, nüfuzlu iştirakçılarla görüşlər keçirəcək.