Sovet İttifaqının dağılmasından sonra Rusiyada 7500 məscid, 7 İslam universiteti açılıb. Bu barədə iyunun 6-sı İQNA məlumat yayıb.

1989-ci ildə bütün Sovet İttifaqında cəmi 340 məscid və iki İslam təhsil mərkəzi var idi. Rusiya Müsəlmanları Ruhanilərinin Mərkəzi İdarəsinin rəhbəri də bunun təkcə müsəlmanların deyil, bütövlükdə Rusiyanın uğuru olduğunu deyir.