İyunun 5-də Azərbaycanda şiələri təhqir edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə əsasən, polisin keçirdiyi tədbirlərlə həmin şəxs müəyyən olunaraq polis şöbəsinə aparılıb. Bu barədə sonxeber.az xəbər verib.
Məlumata görə, Abdullah əl Qusari ləqəbi ilə tanınan Qusar rayonunun sakini Abdullah Mustafayevin üzr videosu yayılıb. O, şiələrin təhqir videosunu çəkdiyi an özündə olmadığını və əməlindən peşman olduğunu bildirib. Mustafayev özünün psixoloji xəstə olduğunu da qeyd edib.
Hazırda onun barəsində araşdırma aparılır.
İyunun 4-də sosial şəbəkələrdə Abdullah Mustafayevin çəkdirdiyi video inanclı şəxslərin tənqidlərinə səbəb olub. O, şiələrin namusunun, malının və canının müsəlmanlara halal olduğunu deyib.