Marneulidə İmam Rza (ə.s) və Həzrət Məsumənin (s.ə) mövludları ilə əlaqədar bayram mərasimi keçirilib. Bu barədə 24 news.ge xəbər verib.
Mərasim İmam Museyi Kazim (ə.s) adına məscidin həyətində təşkil olunub. Bayramda yerli müsəlmanlar və din xadimləri iştirak ediblər.
Məclis Quran tilavəti ilə başlanılıb. Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev, İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev və Əlmustafa Təhsil Mərkəzinin sədri Hacı Həsən Yusifzadə çıxış ediblər. Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir və mədhiyyə ifa edib. Tədbirin sonunda qonaqlara şirniyyatlar, adları Əli, Rza, Fatimə və Məsumə olan uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Xanım Məsumənin (s.ə) mövlud günü zilqədə ayının 1-i (iyunun 1-i), İmam Rzanın mövludu isə zilqədə ayının 11-idir (iyunun 11-i).