Höccətul-İslam Hacı Şeyx Mirzə Məhəmməd Əli Ucarudi XVIII əsrin sonlarında Yardımlı rayonunda anadan olub. İranla Azərbaycanın sərhədində yerləşən rayonlarına ucarud deyilir. Bu səbəbdən də əhali Məhəmməd Əliyə bu ləqəbi verib.

O, ilk təhsilini ruhanilərdən alıb. Sonradan Məhəmməd Əli sovet hakimiyyətinin təzyiqi altında İranın Kermi kəndinə köçür. Bu kənddə az müddət qaldıqdan sonra, Ərdəbil şəhərinə yollanır. O, burada orta dini təhsil alır. Bundan sonra, Məhəmməd Əli Məşhəd şəhərinə köçür və burada dini təhsil alır.

Hacı Şeyx Mirzə Məhəmməd Əli İranın Tehran şəhərində vəfat edib və orada da dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.