Məscid Babək rayonunun Güznüt kəndində yerləşir. İbadət evinin bünövrəsi 1988-1995-ci illərdə qoyulub. Məscid kənd ağsaqqallarının təşəbbüsü və yerli əhalinin vəsaiti hesabına tikilib.
İbadətgah kvadrat formasındadır və iki mərtəbədən ibarətdir. Məscidin divarları yonulmamış daşlardan hörülüb, damı və günbəzi dəmir təbəqə ilə örtülüb. İbadət evinin taxtadan 13 pəncərəsi və 3 giriş qapısı var. Məscidin iki beşpilləli minbəri mövcuddur. İbadətgahın bir günbəzi və bir minarəsi var. Günbəzin üstündə aypara rəmzi qoyulub. Minarə 2000-ci ildə Kəmaləddin Fəttah oğlu tərəfindən inşa edilib.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.