Bu gün, iyunun 4-də koronavirusdan sonra ilk Həcc zəvvarları Səudiyyə Ərəbistanına çatıb. Bu barədə shiawaves xəbər verib.

Bildirilib ki, İndoneziyadan təyyarə ilə gələn 358 zəvvar Mədinə Hava Limanına eniş edib. Orada onları Həcc və Ümrə Nazirliyinin Ziyarət Məsələləri üzrə müşaviri Məhəmməd bin Əbdür-Rəhman və İndoneziyanın Krallıqdakı səfiri Əbdüləziz qarşılayıblar.

Məlumata görə, zəvvarlar hava limanının girişinə çatdıqda insanlar onların qarşısına qızılgül dəstələri, xurma və zəm-zəm suyu ilə çıxıblar.

Bundan öncə, Həcc ziyarəti 2019-cu ildə baş tutub. Növbəti üç ildə isə COVID-19 səbəbindən ziyarətin təşkili dayandırılıb.