Azərbaycanlı fəqih Mirzə Əli Həkim XIX əsrdə Lənkəranda dünyaya gəlib.

O, ilk təhsilini Lənkəranda alıb, sonra isə Tehrana köçüb. Mirzə Əli orada şəriət və fəlsəfə elmlərini dövrün tanınmış din xadimlərindən almışdır. O, cümlədən fəlsəfə və hikmət elmlərində onun ustadı Mirzə Əbülhəsən Təbatəbai olmuşdur.

Təhsilini başa vuran Lənkərani Təbrizə gedərək, orada fəlsəfə və hikmət elmlərini tədris etmişdir. Fəlsəfə sahəsində şöhrət qazanan Lənkərani, “Həkim” təxəllüsu ilə məşhur olmuşdur.

Onun dərs dediyi tələbələrdən biri də “Reyhmətul-Ədəb” adlı kitabın müəllifi olan Mirzə Məhəmməd Əli Mudərris Xiyabani Təbrizi olmuşdur.

Ayətullah Mirzə Əli Lənkərani 1904-cü ildə vəfat edib və elə həmin şəhərdə də dəfn olunur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
  3. Elşən İsmayıllı. Lənkəran qəzasının marifçi din alimləri. (XIX əsrin sonu – XX əsr). Bakı-2019.