Fransada məscidə ianə edən dörd nəfərin bank hesabları bağlanıb. Bu barədə iyunun 4-də shiawaves xəbər verib.
Məlumata görə, həmin dörd şəxs bir ailənin üzvləridir. Onlar Fransanın Villerban şəhərində inşa olunan məscidin tikintisi üçün 10 min avro məbləğində pulu kart vasitəsilə ianə ediblər.