Fransada müsəlman qadın restorana buraxılmayıb. Buna səbəb isə onun hicabda olması idi. Bu barədə iyunun 3-də bakupost.az xəbər verib.

Məlumatda deyilir ki, restoranın sahibi hicabın qadınlara boyun əydirmək vasitəsi olduğunu hesab edir. Buna görə də o, müsəlmanın obyektə daxil olmasına mane olub.

Müsəlman qadın isə dini fərq qoyulmasına görə sahibkarı məhkəməyə şikayət edib. Nəticədə restoran sahibinin 5 il həbs və ya pul cəzası alması gözlənilir.

Bundan öncə, Fransada aprel ayında keçirilən prezident seçkilərinə namizəd Marin Le Pen ölkədə hicabı qadağan edəcəyini söyləmişdir. O, bildirib ki, seçkidə qalib gələrsə, ölkədə başı örtülü qadınları cərimələyəcək.