Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən bildirilib ki, zəvvarların ziyarətə quru yollarla getməsi təyyarə ilə getməsindən daha yaxşıdır. Bu barədə iyunun 3-də mawazin xəbər verib.
Qeyd olunub ki, hazırda rahat və yüksək keyfiyyətli avtobuslar mövcuddur. Onlar ziyarətçilərin rahatlığı üçün lazım olan hər bir şeylə təchiz olunub.
Bundan əlavə, səfərə quru yollarla getmək gecikmənin qarşısını alır. Belə ki, son zamanlar baş verən toz fırtınaları ilə əlaqədar təyyarə reyslərində gecikmələr baş verir.
Bu il Səudiyyə Ərəbistanı vacib Həcc ziyarətinə dünya üzrə 1 milyon zəvvar qəbul edəcək. Azərbaycan üçün isə bu il 680 nəfərlik kvota müəyyən edilib.