Bu gün, iyunun 4-də sosial şəbəkələrdə şiələri təhqir edən şəxsin videoları yayılıb. Onun bu əməli insanların həm inancına, həm də şəxsiyyətlərinə toxunub.

Yayılan məlumata əsasən, həmin şəxs Qusar rayon sakini Abdullah Mustafayevdir. Onun şiələrə qarşı qərəzli münasibəti bir sıra insanın tənqidinə səbəb olub.

“Ey şiələr, ey rafizilər mən sizi təkfir edirəm və sizin malınız, canınız, namusunuz müsəlmanlara halaldır”, – deyə Mustafayev söyləyib.

Sözügedən şəxsin “vəhhabilər” kimi tanınan radikal təriqətlərə aid olunduğu da bildirilib.

Mustafayevin sosial şəbəkə hesabına nəzər saldıqda orada bir sıra zorakılıq xarakteri daşıyan paylaşımları da müşahidə etmək olar.