Məscid Bakının Türkan qəsəbəsində, Əbülqasım Firdovsi küçəsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1322-ci (1904) ildə inşa edilib. Bu tarix ibadətgahın giriş qapısının üstündəki kitabədə fars dilində həkk olunub.

Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. İbadət evinin döşəməsi betondur. İbadətgahın günbəzinin diametri 5 metrdir və onun dörd pəncərəsi var. Günbəz və tavan sütunlar üzərində dayanır. Sütunlar tağlarla bir-birinə bitişib. Məscidin minbəri altıpilləlidir və taxtadan hazırlanıb. İbadət evinin mehrabı yonulmuş daşdan hazırlanıb.

Türkan qəsəbəsi İmam Hüseyn məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. kataloq.gomap.az
  3. www.mct.gov.az