XVIII əsrdə yaşamış Mövla Heydər Əli Şirvani Ğərəvi dövrünün din xadimlərindən biri olub. Onun atası Mirzə Məhəmməd Həsən oğlu Mühəqqiq Şirvani böyük alim və fəqihlərdən biri, anası isə birinci Şeyx Məhəmməd Təqi Məclisinin qızı və tanınmış din alimlərindən biri idi.

Heydər Əli Şirvani Ğərəvi bir çox elmlərdə yüksək məqama çatır. O, təhsilini tamamladıqdan sonra dini təhsil alan tələbələrə dərs verməyə başlayır.

Şirvaninin yazdığı kitablar arasında “Əl-İslamu vəl-İman”, “Əl-Ayatun-nazilətu fi zəmmil-cairin”, “Əsalətul-bəraət”, “Haşiyətun ələl-Kifayə”, “Əl-Höccətu vəl-İmamət”, “Ricali Heydər Əli Şirvani”, “Təkfiru ğeyri-İmamiyy”, “Müxtəsərul-Mistah”, “Məqtəlul-Hüseyn”, “Kəşfus-Səlat”, “Əl-Mənaqibul-Tehririyyə”, “Rizsə fi küfril-münafiqin” var.

Mövla Heydər Əli Şirvani Ğərəvi 1767-ci ilə qədər yaşayıb. Onun vəfat etdiyi tarix dəqiq məlum deyil.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
  3. http://profliqa.blogspot.com/2015/05/heydr-li-sirvani-grvi.html