Səudiyyə Ərəbistanı zəvvarlara özləri ilə Zəm-zəm suyu aparmağı qadağan edib. Bu barədə iyunun 3-də al3omk.com xəbər verib.
Məlumata görə, yeni qərar ölkənin Mülki Aviasiya İdarəsi tərəfindən həyata keçirilir. Sərnişinlər Səudiyyəni tərk etdikdə onların üzərindəki Zəm-zəm suyu butulkaları müsadirə ediləcək.
Belə bir qərarın hansı səbəbə qəbul olunması açıqlanmayıb.
Həmçinin qeyd olunub ki, qaydalara riayət etməyən şəxslər barədə hüquqi tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb olunacaqlar.
Zəm-zəm suyu müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu suyun sağlamlıq və mənəvi baxımdan xüsusi özəllikləri var. Zəm-zəm bulağı Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. Rəvayətlərə görə, sözügedən bulaqdan İbrahim peyğəmbərin (ə.s) dövründən dayanmadan su axır.