Bu ilin Həcc mərasiminə bir milyon hacının qatılması nəzərdə tutulub. Bu barədə iyunun 2-də SalamNews Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin sözlərinə istinadən xəbər verib.
“Biz builki Həcc ziyarətində zəvvarların sağlamlığını təmin etmək üçün çalışırıq. Rəqəmsal texnologiyalar bu ilki Həcc ziyarətini mükəmməl təşkil etməmizə kömək edəcək və bu il Həcc ziyarətində smart kartı tətbiq olunacaq”, – deyə nazir bildirib.
Pandemiyanın məhdudiyyətlərinin ləğvindən sonra bu, ilk kütləvi Həcc mərasimidir.
Qeyd edək ki, Azərbaycandan Həccə 680 nəfər zəvvar ziyarətə gedəcək. Səfər qiyməti adambaşına 9 106 AZN təşkil edir.