Məscid Bakının Türkan qəsəbəsinin yaylaq hissəsində yerləşir. İbadət evi 1904-1905-ci illərdə inşa edilib. Bu tarix ibadətgahın giriş qapısının sağında yerləşən kitabədə həkk olunub. Məscid qəsəbə sakini Hacı Molla Seyid Əlinin nəvəsi Kərbəlayi Əbdül Məhəmməd Hacı Məlik Badikübeyi oğlu tərəfindən tikilib.

İbadət evinin divarları yonulmuş sal daşlardan işlənib. İbadətgahın ön tərəfində taxtadan iki pəncərə və qoşa qapı var.

Məscid 1937-1940-cı illərdə bolşeviklər tərəfindən sökülmüş və yararsız vəziyyətə salınmışdır.

İbadət evi 2008-2011-ci illərdə Məşədi Məhəmməd İbrahim Hacı Məlik Məhəmməd Badikübeyi oğlunun nəvələri Əliyev Hacı İbrahim Adil oğlu və Əliyev Hacı Rafiq oğlu tərəfindən bərpa olunub. Bundan sonra, məscid yenidən fəaliyyətə başlayıb.

Türkan qəsəbəsi Bağlar məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. www.mct.gov.az