Bu həftə Kərbəla və Nəcəfdə yenidən tozlu hava şəraiti gözlənilir. Bu barədə iyunun 1-də shiawaves xəbər verib.

Məlumata görə, həftənin şənbə günü İraqda tozlu və isti hava müşahidə olunacaq. Buna səbəbin isə küləyin sürətinin 30-40 km/saat olacağı bildirilib.

Bu ilin may ayında Kərbəla və Nəcəfdə qum fırtınaları baş verib. Buna görə İmamların hərəmlərində mütəmadi olaraq təmizlik işləri aparılıb.