İyunun 1-də beynəlxalq təşkilatlar 2040-cı ilədək Fərat və Dəclə çaylarının quruyacağı haqda hesabat hazırlayıb. Bu barədə shiawaves.com xəbər verib.
Beynəlxalq Araşdırmalar Təşkilatı bildirib ki, növbəti 18 ildə İraqda Fərat çayının səviyyəsi 32 milyard kubmetrdən 23 milyard kubmetrədək enəcək. Bu isə ölkədə su ehtiyatlarının azalması ilə nəticələnir.
Son zamanlar İraqda qum firtınaları müşahidə olunur. Bəzi ekspertlər bunun çay səviyyəsinin enməsi və nəticədə yaranan quraqlığa görə baş verdiyini hesab edirlər.
Fərat çayı İslamda mühüm əhəmiyyət kəsb edir. Kərbəla döyüşündə Yezidin ordusu çayın sahilini İmam Hüseyn (ə.s) və onun səhabələrinə qapamışdır. Bu səbəbdən Kərbəla şəhidləri susuz halda döyüş aparıblar.