Şri-Lanka müsəlmanları dini qurumlarla aparılan müzakirələrdən sonra bu il Həcc ziyarətinə getməmək qərarına gəliblər. Bu barədə iyunun 1-də İslamnews xəbər yayıb.

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə zəvvarların göndərilməsi üçün Şri-Lankaya 1 585 yerlik kvota ayırıb. Lakin ölkədəki ağır iqtisadi vəziyyətə görə ada dövlətinin heç bir müsəlmanı bu kvotadan istifadə etməyəcək. Həcc ziyarətinin xərcləri ölkə büdcəsinə ağır yük olardı.

“Şri-Lankadan zəvvarların Həcc ziyarətinə göndərilməsi 10 milyon dollara başa gələcək. Mövcud vəziyyəti nəzərə alaraq, möminlər Həcc ziyarətini qurban vermək qərarına gəliblər”, – deyə Milli Həcc Komitəsinin sədri Əhkam Uveys bildirib.

Qeyd edək ki, Azərbaycandan Həccə 680 nəfər zəvvar ziyarətə gedəcək. Səfər qiyməti adambaşına 9106 AZN təşkil edir.