Avstraliyanın paytaxtı Kanberrada keçirilən mərasimdə Ed Hasik və Ann Əli Avstraliya hökumətinin ilk müsəlman nazirləri olublar. Bu barədə iyunun 1-də Shiawaves məlumat paylaşıb.
Ed Hasik sənaye naziri, Ann Əli isə gənclər naziri təyin edilib.
“Biz bilirik ki, bu, Avstraliya üçün çox müsbət addımdır”, – deyə Avstraliya İslam Şuraları Federasiyasının icraçı direktoru Keysar Trad bildirib.
Qeyd edək ki, Ann Əli terrorizmlə mübarizə üzrə professor, müəllim və akademikdir. O, gənclərin zorakı ekstremizmə necə və niyə cəlb edildiyini anlamaqda qlobal nüfuz sahibidir. Sidneyin qərbindəki Çifley igamətgahını təmsil edən Ed Hasik 2010-cu ildə parlamentə seçilən ilk müsəlman olub.