QMİ sədri Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Bu barədə iyunun 2-də Publika.az xəbər verib.
Şeyxülislamın sülhə verdiyi tövhədə Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov danışıb. Onun sözlərinə görə, QMİ sədri Çeçenistan-Rusiya müharibəsinin dayandırılmasında öz tövhəsini verib. Bundan əlavə, Allahşükür Paşazadə məhərrəm aylarında qanvermə aksiyalarını təşkil edib.
“İlk dəfə onun təşəbbüsü ilə vəhdət namazı qılınıb. Bunlar bütün insanlıq və dünyada sülhün təmin olunması istiqamətində böyük töhfələrdir”, – deyə Bəybala Ələsgərov əlavə edib.
Bundan öncə, 2019, 2020 və 2021-ci ildə Allahşükür Paşazadənin Nobel Mükafatının Sülh nominasiyasına namizədliyi irəli sürülüb.