TƏBİB nümayəndəsi Vasif Əliyevin sözlərinə görə, Azərbaycanda COVID-19-a yoluxma səviyyəsinin aşağı olduğunu nəzərə alaraq quru sərhədlərinin açılması artıq risk yaratmır. Bu barədə Sputnik Azərbaycan məlumat verib.

“Hesab edirəm ki, yaxın günlərdə sərhədlər açıla bilər. Mən bir həkim olaraq bunda heç bir təhlükə görmürəm”, – deyə o bildirib.