Məşhəddə Xanım Məsumənin (ə.s) mövludunun ildönümü ilə əlaqədar 3 gün ardıcıl məclis keçiriləcək. Bu barədə iyunun 1-də İmam Rza (ə.s) hərəminin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə müxtəlif şeirlər və mədhiyyələr oxunacaq. İmam Rza (ə.s) hərəmində isə 1500 qızın iştirakı ilə xüsusi proqramın keçirilməsi nəzərdə tutulub. Məclislərdə, həmçinin məşhur məddah Seyyid Bəni Fatimi də çıxış edəcək.

Xanım (s.ə) hicrətin 173-cü ilində zilqidə ayının 1-də dünyaya gəlib. O, səkkizinci İmam Həzrət Rzanın (ə.s) bacısıdır. Həzrətin ləqəbləri Məsumə, Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Uxtur-Rza, adı isə Fatimədir. İmam Rza (ə.s) Xanım Məsumənin (s.ə) ziyarəti haqqında buyurub: “Kim Onu ziyarət edərsə, məni ziyarət etmiş olar”.