Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan bin Yusuf Kəlbəcər rayonuna səfəri zamanı bütün dağıntıları görməyin üzücü olduğunu bildirib. Bu barədə Report xəbər verib.
“Bütün bu dağıntıları görmək çox üzücüdür. Qarabağın, demək olar, bütün digər şəhərlərində olduğu kimi, burada da yalnız bir neçə tikili salamat qalıb, qalan hər şey dağıdılıb. Biz tamamilə dağıdılan məscidi də gördük”,- deyə səfir bildirib.