Nəcəfdə İmam Əli (ə.s) hərəmi zəvvarların yüklərinin daşınması üçün xüsusi avtomobillər təqdim edib. Bu barədə iyunun 1-də imamali.net xəbər verib.
Məlumata görə, hərəmə aparan əsas küçələrin girişində ümumi olaraq 17 avtomobil fəaliyyət göstərəcək. Xüsusi texnikalar növbə ilə və ödənişiz olaraq zəvvarların yükünün daşınması üçün istifadə edilcək.