Həzrət Əbəlfəzlin (ə.s) hərəmində təmizlik işləri görülüb. Bu barədə ziyarətgahın mətbuat xidməti məlumat verib.

Hərəmin idarə rəisi Zeynalabdin əl-Qureyşi bildirib ki, təmizlik ziyarətgahın girişindən başlayıb və bütün ərazidə aparılıb. İbadət zallarında xalçalar yığışdırılıb. Daha sonra isə döşəmələr yuyulub.

May ayı ərzində Kərbəla və Nəcəfdə toz fırtınaları baş verib. Hərəmlərin əraziləri qum ilə dolub. Bu səbəbdən ziyarətgahlarda mütəmadi olaraq təmizlik işləri aparılıb.